AZ

Brent markalı neftin qiyməti 118 dolları ötüb

Qiymət artımı Avropa və Asiya bazarlarında daha ciddi staqflyasiya riskləri yaradır...

Dünya bazarında Brent markalı neftin qiyməti 118 ABŞ dollarını keçib.

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Brent neftinin qiyməti ABŞ-nin WTI markalı nefti ilə müqayisədə daha sürətlə artır. Bu isə iki etalon növ arasında qiymət fərqinin genişlənməsinə səbəb olur.

Qeyd olunur ki, yaranmış bu fərq Avropa və Asiya bazarları üçün daha ciddi iqtisadi risklər formalaşdırır. Ekspertlərin fikrincə, enerji qiymətlərində kəskin artım həmin regionlarda staqflyasiya – yəni iqtisadi artımın zəifləməsi ilə yanaşı inflyasiyanın yüksəlməsi riskini gücləndirə bilər.

Analitiklər bildirirlər ki, ABŞ bazarı isə WTI qiymətlərinin nisbətən daha yavaş artımı səbəbindən bu prosesdən qismən daha az təsirlənə bilər.

Enerji bazarındakı bu tendensiya Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və xüsusilə neft tədarükü marşrutlarında yaranan risklərlə əlaqələndirilir.

Poliqon.info

Seçilən
66
poliqon.info

1Mənbələr