AZ

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB

Bu gün doğma yurduna yola salınan köç karvanı Xocavənd çatan ailələrə mənzillərin açarları təqdim olunub.

"Far.Az"un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.

"Far.Az"un Qarabağ bürosunun Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə şəhərə 46 ailə olmaqla, 177 nəfər qayıdıb.

Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Seçilən
47
15
far.az

10Mənbələr