AZ

İraq hava məkanını martın 22-dək bağlayıb

İraqın aviasiya hakimiyyət orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb.

Azreform.info xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb", - o deyib. Mənbə qeyd edib ki, İraq üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb.

Qeyd edək ki, fevralın 28-dən bu günə qədər İran, Küveyt və Bəhreynin hava məkanı tam, Qətərin hava məkanı isə qismən bağlıdır.

Seçilən
52
5
azreform.info

7Mənbələr