AZ

Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Qətərin milli enerji şirkəti "QatarEnergy", Ras Laffan Sənaye Bölgəsinə raket zərbələri endirildiyini, ərazidə böyük ziyana və yanğına səbəb olduğunu açıqladı.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı açıqlama verilib.

Açıqlamada deyilir: "Qətər İran İslam Respublikasından atılan beş ballistik raketlə hücuma məruz qalıb".

Açıqlamada əlavə edilib ki, raketlərdən dördü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, bir raket isə Ras Laffan Sənaye Bölgəsinə düşüb.

Qeyd edilib ki, raket zərbəsi nəticəsində ərazidə yanğın baş verib və mülki müdafiə qrupları hazırda onu söndürmək üçün çalışır.

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
mia.az

1Mənbələr