AZ

İrandan Trampın fikrinə reaksiya

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

İran milli komandası Donald Trampın fikrinə reaksiya verib. "Football-plus.az" xəbər verir ki, cənub qonşumuz ABŞ-nin prezidentinin iranlıların dünya çempionatında iştirakının arzuolunmaz olması ilə bağlı açıqlamasından sonra bəyanat yayıb. Bəyanatda belə bildirilir:

“Dünya çempionatı tarixi beynəlxalq tədbirdi və onu hər hansı bir ölkə deyil, FİFA təşkil edir. İran milli komandası da bu turnirə tam haqlı olaraq və ardıcıl qələbələr sayəsində vəsiqə qazanan ilk komandalardan biridi. Əlbəttə, heç kim İran milli komandasını dünya çempionatından kənarlaşdıra bilməz. Əksinə, sadəcə, ev sahibi tituluna sahib olan, lakin bu tədbirdə iştirak edən komandaların təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olmayan ölkə yarışdan kənarlaşdırılmalıdı”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr