AZ

“Təkayaq Cəlil”: İranın gələcək taleyi indi onun əlindədir

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İran Milli Təhlükəsizlik Şurasının İsrailin hücumu nəticəsində həlak olan katibi Əli Laricaninin yerinə Səid Cəlili təyin edilib. 

“Cebheinfo.az” xəbər verir ki, Ali Lider Müctəba Xameneyi bununla bağlı müvafiq fərman imzalayıb.

Səid Cəlili radikal mühafizəkar və Qərblə münasibətlərdə sərt xətt tərəfdarı kimi də tanınır.

Onu İran cəmiyyəti daha çox “Təkayaq Cəlil” kimi tanıyır. Buna səbəb İran-İraq müharibəsi zamanı döyüşlərdə ayağının birini itirməsidir. 

O, 2007–2013-cü illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi olub. İranın nüvə danışıqları üzrə baş müzakirəçisi kimi tanınıb. 

İmam Sadiq Universitetini bitirib və mühafizəkar baxışa sahibdir. 2013 və 2021-ci illərdə İran prezident seçkilərində namizəd olub, lakin qalib gəlməyib.

Cəlili ABŞ və Qərb ölkələrinə qarşı tənqidi yanaşması ilə tanınır.

Xəzər

“Cebheinfo.az”

Açar sözlər:

Səid Cəlil İran

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
cebheinfo.az

2Mənbələr