AZ

30 yaş civarında yaddaş zəifləməsinin səbəbləri

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

30 yaş civarında insanların yaddaşının zəifləməsi əksər hallarda sağlamlıq problemləri ilə deyil, həyat tərzi ilə bağlıdır.

Redaktor.az xəbər verir ki, bu barədə nevroloq Anjani Kumar "The Times of India"ya verdiyi müsahibədə bildirib.

Mütəxəssis gənc insanların yaddaş zəifləməsinin əsas səbəbləri kimi xroniki stress, yuxusuzluq, narahatlıq, depressiya, B12 vitamini çatışmazlığı və qalxanvari vəzinin düzgün işləməməsini göstərib. Həmçinin daimi olaraq elektron cihazlardan istifadə və eyni anda bir neçə işi görmək beyin fəaliyyətinə mənfi təsir göstərir. “Tez-tez söhbət yaddaşın faktiki zəifləməsindən yox, diqqət azalmasından gedir”, — deyə o izah edib.

Şarma əlavə edib ki, uzun müddətli stress kortizol hormonunun səviyyəsini artırır və bu, yaddaşın formalaşmasında rol oynayan hipokamp sahəsinə təsir göstərir. Yuxu çatışmazlığı isə beynin məlumatı emal etməsini və saxlama qabiliyyətini çətinləşdirir, nəticədə insan üçün yaxın keçmişdə baş verən hadisələri xatırlamaq və gündəlik işləri yerinə yetirmək çətinləşir.

Mütəxəssis əlavə edib ki, yaddaşın yaxşı işləməsində psixoloji vəziyyət və xroniki xəstəliklər — məsələn, hipertoniya və ya şəkər xəstəliyi — də önəmli rol oynayır. O hesab edir ki, əksər hallarda bu problemləri kifayət qədər yuxu, stressin azaldılması, fiziki aktivlik və balanslı qidalanma ilə düzəltmək mümkündür.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
1
redaktor.az

2Mənbələr