AZ

Merz Aİ dən Macarıstanın vetosuna baxmadan Ukraynaya 90 milyard avro ayrılmasını tələb edib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Merz bildirib ki, Avropa İttifaqı (Aİ) Ukraynaya geniş maliyyə dəstəyinin göstərilməsi ilə bağlı qərarı sürətlə qəbul etməlidir.

Bizimyol.info xəbər verir ki, Merzin sözlərinə görə, Avropa İttifaqı bir ölkənin müharibə şəraitində olan Ukraynaya dəstək kimi bütün Avropanı əhatə edən qərarları bloklamasına imkan verməməlidir. Bu açıqlamanı o, Bundestaqda çıxışı zamanı verib.

Kansler vurğulayıb ki, 90 milyard avroluq yardım paketi siyasi fikir ayrılıqlarına baxmayaraq, gecikmədən açılmalıdır.

O, hazırkı vəziyyətin Avropa siyasətini iflic etməməli olduğunu bildirib və ABŞ ilə koordinasiyada Rusiyaya qarşı təzyiqin artırılmasının vacib olduğunu bildirib.

Məsələ Macarıstanın mümkün blokadası ilə bağlıdır. Budapeşt əvvəllər Ukraynaya maliyyə yardımı göstərilməsinə etirazını bildirmiş və mövqeyini bir sıra siyasi şərtlərə bağlamışdı. Xüsusilə, Macarıstan enerji məsələləri, o cümlədən neft tranziti ilə bağlı qərarlar tələb edib.

Siyasi ekspertlər Macarıstanın bu addımlarını Rusiya ilə "isti münasibət"lərindən qaynaqlandığını ilə əsaslandırırlar.

Avropa İttifaqında maliyyə vəsaitlərinin son mexanizminin müzakirəsi davam edir, lakin bəzi ölkələr Ukraynanın 2027-ci ilə qədər maliyyə stabilliyini təmin etmək üçün prosesi sürətləndirməyə çağırır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
bizimyol.info

1Mənbələr