Aktrisa Üzel Kərimovanın ötən gün bayram qeyd etmək üçün getdiyi məkanların birində dava düşüb.
Əldə etdiyimiz məlumata görə, hadisə martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş verib.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda istintaq hərəkətləri davam etdirilir./qafqazinfo.az/