AZ

Ağdam-Xankəndi dəmir yolunda görülən işlər açıqlanıb

Bərdə-Ağdam xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin isə layihələndirilməsi işlərinin 85,5%-i, tikinti-quraşdırma işlərinin 40%-i yerinə yetirilib...

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin uzunluğu 28 km-dir.

Layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 120-dən çox mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Hazırda Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin də tikintisi davam etdirilir. 

Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.

Poliqon.info

Seçilən
92
2
poliqon.info

3Mənbələr