AZ

Ötən gün 85 cinayətin açılması təmin edilib

Bakı, 19 mart, AZƏRTAC

Martın 18-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 241, o cümlədən borclu şəxs qismində axtarışda olan 194, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 38 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 27 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 2 qumbaraatan, 2 pulemyot, 8 qumbara, 2 alışdırıcı, 20 tüfəng, 107 patron darağı və 7233 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər də saxlanılıb.

Seçilən
20
49
azertag.az

10Mənbələr