AZ

Əraqçi Makrona qəzəbləndi: Bir kəlmə də deməyib, lakin...

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibəni bir kəlmə də olsun pisləməyib. O, Tehranda yanacaq anbarının partladılmasına görə İsraili qınamayıb, halbuki həmin hadisə milyonlarla insanın toksinlərə məruz qalmasına səbəb olub”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri İran xarici işlər naziri Abbas Əraqçi deyib.

“Makronun indiki “narahatlığı” İsrailin bizim qaz obyektlərimizə hücumundan sonra deyil, bizim cavab tədbirlərimizə görə yaranıb. Bu, təəssüf doğurur.”.

Qeyd edək ki, ötən gün Emmanuel Makronun İranla bağlı açıqlaması Tehran ictimaiyyətində birmənalı qarşılanmadı.

“İran və Qətərdə qaz istehsalı obyektlərinə edilən hücumlardan sonra Qətər Əmiri və ABŞ prezidenti ilə danışdım. Bu məsələdə birgə addımların atılması ortaq maraqlarımıza əsaslanır”, – Makron bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
71
globalinfo.az

1Mənbələr