Aktrisa Üzel Kərimovanın getdiyi restoranda başına iş gəlib.
Adalet.az xəbər verir ki, bu haqda aktrisa özü sosial şəbəkədə paylaşım edib.
Bildirib ki, rəfiqəsi və onun ailəsi ilə restoranda olarkən bir qrup şəxs rəfiqəsinin ərinə hücum edib, onu döyüblər:
"Yaşadıqlarımızdan sonra oturduğum yerdən tərpənə bilmirdim. Danışmaqdan çox əlimdə paylaşacaq materiallar var. Getdiyimiz məkanla bağlı məlumat paylaşdım, məni hadisəni törədənlər hədələdi. Qəza baş verdi, onun böyüdüb hadisəyə çevirdilər. Bizim bildiyimiz dörd nəfər bir nəfəri təkləyib, ölümünə döyüb. Ekspertizanın rəyinə görə gözünün biri görməyə, digəri zəif görə bilər. Polis əməkdaşları vəzifələrini yerinə yetirilər".