AZ

Azərbaycanda istintaq idarələri ləğv ediləcək

Yaxın zamanlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin tabeçiliyində olan istintaq idarələri ləğv ediləcək.

Ekologiya.az Gununsesi.info-ya istinadla xəbər verir ki, hər iki qurumun ləğv edilən istintaq idarələri müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeçiliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Vergi Xidmətinin tabeçiliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti fəaliyyət göstərir.

Seçilən
85
18
ekologiya.az

10Mənbələr