AZ

Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl yola salınıb - YENİLƏNİB

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndərilib.

Xatırladaq ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib.

***

08:15

Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl göndərilməsi nəzərdə tutulur.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 ədəd taxıl yüklü vaqon Ermənistan Respublikasına göndəriləcək.

"Cebheinfo.az"

Seçilən
45
31
cebheinfo.az

10Mənbələr