AZ

Polis 1 gündə 85 cinayətin üstünü açıb -DİN

Martın 18-də ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. 

Məlumata görə, axtarışda olan ümumilikdə 241 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 194 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə narkotiklərlə bağlı 38, qanunsuz silah-sursatla bağlı isə 27 fakt aşkarlanıb.

Polis həmçinin cinayət törətməkdə şübhəli bilinən 75 nəfəri saxlayıb.

Gülnar Nazimqızı 

Seçilən
26
50
anews.az

10Mənbələr