AZ

Əbülfət Mədətoğlu: Bu gün atamla ayrılığımın 8 ili tamam oldu...

Yarı yanmış kösövün
Tüstüləndiyi bu an...
Gözlərimin önündən
Ötüb keçir çən - duman...

Ağır yerişini də
Qoca gülüşünü də...
Sadə əl işini də- 
Unutmamışam, inan!...

Ölüm seçdiyin gündə
Səssiz köçdüyün gündə...
Dinlə, bir hovur, dinlə - 
Mənimçün donub zaman...

Söykəndiyim dağ - yuxu
Gördüklərim ağ yuxu! 
Oyanmışam bax, yuxu- 
Göynədir məni yaman...

Seçilən
80
adalet.az

1Mənbələr