AZ

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 19 mart, AZƏRTAC

2026-cı ilin yanvar-fevral aylarında qızıl istehsalı 15 faiz azalaraq 406,6 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, martın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz azalaraq 140 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 12,3 faiz azalaraq 681,4 kiloqram təşkil edib.

Martın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 faiz azalaraq 522,7 kiloqram qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
7
azertag.az

8Mənbələr