AZ

KİV: Rubio və Heqsetin yaşadıqları yerin səmasında naməlum dronlar müşahidə olunub

ABŞ-ın dövlət katibi Marko Rubio və müharibə naziri Pit Heqsetin yaşadıqları hərbi bazanın üzərində naməlum dronlar aşkarlanıb.

Bu barədə “The Washington Post” anonim mənbəyə istinadən xəbər verib.

Bildirilib ki, “Fort McNair” bazası üzərindəki dronlar ABŞ hökumətini Rubio və Heqsetin yaşayış yerlərini dəyişməklə bağlı variantı nəzərdən keçirməyə sövq edib.

Buna baxmayaraq, sözügedən rəsmilərin yaşayış yerləri hələlik dəyişdirilməyib.

Bildirilib ki, İranla müharibə fonunda ABŞ ordusu təhdidləri daha yaxından izləyir.

Pentaqon sözçüsü Şan Parnell “The Washington Post”-un insidentlə bağlı sorğusuna cavab verməkdən imtina edib.

“Müharibə departamenti təhlükəsizlik səbəbindən katib Heqsetin hərəkətləri haqqında şərh vermir və bu haqda xəbərlər yaymaq böyük məsuliyyətsizlikdir”,- Parnell vurğulayıb.

Seçilən
56
3
apa.az

4Mənbələr