AZ

Xərçəngə dəvətnamə olan qidalar açıqlandı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xərçəng riskini artıra bilən qidalar və gündəlik vərdişlər açıqlanıb. Araşdırma nəticələri bəzi geniş yayılmış seçimlərin düşündüyümüzdən daha təhlükəli ola biləcəyini göstərir.Demokrat.az xəbər verir ki, Rusiyanın "Rosgosstrakh" şirkətinin məlumatına görə, onkoloji sığorta hadisələrinin təxminən 10 faizi bağırsaq xərçəngi ilə bağlıdır. "Scandinavian Health Center" ilə birgə aparılan tədqiqatda risk yaradan əsas amillər müəyyən edilib.Siyahıda ilk yerlərdən birini mikrodalğalı sobada hazırlanmış popkorn tutur. Bildirilir ki, qablaşdırma və ətirvericilərdə olan kimyəvi maddələr qızdırıldıqda zərərli birləşmələr əmələ gətirə bilər. Bu səbəbdən popkornu tavada və ya şüşə qabda hazırlamaq daha təhlükəsiz sayılır.Energetik içkilər də riskli vərdişlər sırasındadır. Tərkibindəki yüksək şəkər və kofein ürək-damar sisteminə və maddələr mübadiləsinə əlavə yük yaradır, bu da orqanizmin ümumi müqavimətini zəiflədə bilər.Emal olunmuş ət məhsulları, xüsusilə kolbasa və sosis kimi qidalar da diqqət çəkir. Bu məhsullarda olan nitrit və nitratlar yüksək temperaturda zərərli maddələrə çevrilə bilər və uzunmüddətli istifadədə risk yaradır.Zərərli vərdişlər sırasında siqaret və elektron siqaret də qeyd olunur. Bu amillər xüsusilə ağciyər xərçəngi ehtimalını artırır.Onkoloq Sergey Ivanov vurğulayır ki, xərçəng riski yalnız qidanın növündən asılı deyil. Məhsulun necə hazırlandığı, necə saxlandığı və hansı qaydada istehlak edildiyi də bu prosesdə mühüm rol oynayır. Sağlam qidalanma və düzgün həyat tərzi isə riskləri azaltmağın əsas yollarından hesab olunur.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
demokrat.az

1Mənbələr