AZ

ABŞ 50 ölkənin vətəndaşlarından 15 min dollar tələb edir

Yazını böyüt
Yazını kiçilt

ABŞ administrasiyası viza pozuntularının qarşısını almaq üçün 50 ölkənin vətəndaşlarından giriş zamanı 15 min dollar depozit tələb edəcək. Turist və iş vizalarını və 12 yeni ölkəni əhatə edən mübahisəli tədbir 2 apreldə qüvvəyə minir.

Hafta.az yazır ki, ABŞ Dövlət Departamentinin adı açıqlanmayan bir rəsmisi turizm və biznes (B1/B2) vizaları üçün müraciət edən müəyyən ölkələrin vətəndaşlarından 15 min dollarlıq "viza zəmanəti" tələb olunacağını açıqlayıb.

Rəsmi bildirib ki, bu genişləndirilmiş proqramın əsas məqsədi vizalarının müddəti bitdikdən sonra ziyarətçilərin ölkədə qalmasının qarşısını almaqdır. Qaydalara əməl edən və vizalarının etibarlılıq müddəti ərzində öz ölkələrinə qayıdan və ya səfərlərini tamamilə ləğv edənlərin 15 min dollarlıq zəmanəti geri qaytarılacaq.

Əsasən Afrikada yerləşən 38 ölkənin daxil olduğu hazırkı siyahı 12 yeni ölkənin əlavə edilməsi ilə genişləndirilir. 2 aprel tarixindən etibarən viza zəmanəti proqramına əlavə olunacaq yeni ölkələr bunlardır: Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis. Dövlət Departamentinin rəsmisi zəmanət proqramının keçmişdə viza pozuntularının sayını əhəmiyyətli dərəcədə azaltdığını iddia edib.

Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Cibuti, Çad, Dominikan Respublikası, Ekvatorial Qvineya, Eritreya, Esvatini, Fil Dişi Sahili, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Kabil, Konqo Respublikası, Konqo, Litva, Madaqaskar, Malavi, Mali, Mavritaniya, Niger, Mərkəzi Afrika Respublikası, Ruanda, San-Tome və Prinsipi, Seneqal, Sudan, Toqo, Türkmənistan, Uqanda, Kape Verde və Zimbabve.

Seçilən
57
hafta.az

1Mənbələr