AZ

Ayətullah Xomeyninin Türkiyə günləri: İslam inqilabının təməli Bursada, yoxsa Parisdə atıldı? VİDEO

Türkiyə mətbuatında və sosial şəbəkələrdə İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin sürgün illərinə dair maraqlı material yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, ABŞ - İran müharibəsi tarixə yenidən nəzər salmaq ehtiyacı yaratdığı üçün ortaya olduqca maraqlı məqamlar çıxır.

Türkiyəli jurnalist Yılmaz Özdilin təqdimatında yayılan bir verilişdə isə Xomeyninin 1964-cü ildə Türkiyəyə sürgün edilmə və ondan sonra keçirdiyi həyat mərhələləri diqqət mərkəzinə çəkilib. Bəlli olduğu kimi, o, əvvəlcə Ankarada saxlanılıb, daha sonra isə Bursa şəhərinə köçürülərək burada MİT nəzarəti altında yaşayıb.

Musavat.com-un oxuculara təqdim etdiyi videoparçada qeyd olunur ki, həmin dövrdə Xomeyninin dini geyimdə hərəkət etməsinə məhdudiyyət qoyulub və o, müəyyən müddət “sivil geyimdə” yaşamağa məcbur qalıb. Bu səbəbdən də həmin dövr “Sivil Xomeyni” kimi xarakterizə olunur.

Materialda Xomeyninin Bursa şəhərində MİT polkovnikinin evində qaldığı, gündəlik həyatının isə ciddi nəzarət altında keçdiyi vurğulanır. Eyni zamanda, onun ictimai davranışları və ətraf mühitə münasibəti ilə bağlı müxtəlif epizodlar təqdim olunur.

Qeyd edək ki, Yılmaz Özdil bu mövzunu daha geniş şəkildə, uzun bir verilişdə də izah edib. O, İran–ABŞ münasibətlərinin köklərinə diqqət çəkərək iddia edir ki, İran İslam rejiminin formalaşmasında ABŞ və onun xüsusi xidmət orqanlarının, eləcə də İngiltərə və onun kəşfiyyat strukturlarının mühüm rolu olub. Özdilin təqdimatına görə, Ruhullah Xomeyninin İrandan çıxarılaraq əvvəl Türkiyəyə, daha sonra İraqa (Nəcəf) və Fransaya göndərilməsi prosesində də məhz ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iştirak etdiyi irəli sürülür.

Musavat.com mövzuya dair tam verilişin linkini də oxuculara təqdim edir.

Maraqlı tarixdir. Vaxtı az olan kiçik parçanı, çox olan isə tam videonu izləsin.

Musavat.com

Seçilən
83
45
musavat.com

10Mənbələr