AZ

"Galenvagen"də ad gününü qeyd edən azyaşlı tapıldı

Sosial şəbəkələrdə yayılan görüntülər əsasında Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.

Publika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib.

Həmçinin avtomobili ona verən valideyni – Akif Həmidov müəyyən olunub və onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.

Bir daha xatırladılır ki, sürücülük hüququ olmayan şəxslərin, xüsusilə yetkinlik yaşına çatmayanların avtomobil idarə etməsi yolverilməzdir və bu cür hallar ağır nəticələrə səbəb ola bilər. Valideynlərdən xahiş olunur ki, bu məsələdə məsuliyyətli davranaraq övladlarının həyatını risk altına atmasınlar.

Qeyd edək ki, sürücülük hüququ olmadan avtomobil idarə edən yeniyetmənin görüntüləri sosial şəbəkədə yayılıb. Görüntülər Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Seçilən
42
3
publika.az

6Mənbələr