AZ

ABŞ Ukrayna ilə bağlı siyasətini dəyişəcək? Vadeful

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İranla müharibənin yaratdığı transatlantik münasibətlərdəki gərginliyə baxmayaraq, ABŞ çox güman ki, Ukraynanı dəstəkləməyə davam edəcək .

Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful "Tagesspiegel" nəşrinə verdiyi açıqlamada bildirib.

"ABŞ siyasi mənzərəsində Ukraynaya geniş dəstək var", - deyə o bildirib.

O, ABŞ-ın sonda öz kursunu davam etdirəcəyinə və Ukraynanı dəstəkləyəcəyinə şübhə etmədiyini vurğulayıb. Bununla belə, o, Vaşinqtonun hərbi dəstəyini əhəmiyyətli dərəcədə azaltdığını etiraf edib.

“Son illərdə Almaniya, şübhəsiz ki, Ukraynanın ən böyük dəstəkçisi olub. Bu baxımdan bizim üçün heç nə dəyişməyib", - Y.Vadeful qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
axar.az

1Mənbələr