Stomatoloq Ekaterina Tsıbina gündə bir dəfə və ya daha az dişlərini fırçalayan insanlara xəbərdarlıq edib.
Bu haqda xarici KİV-ə istinadla məlumat verilir.
“Dişləri nadir fırçalamaq emalın nekrozuna, sonra kariyesə, daha sonra isə ağrılı əlamətlərlə müşayiət olunan ağırlaşmalara, diş ətində iltihaba və qanamaya səbəb ola bilər”, — deyə həkim xəbərdarlıq edib.
Tsıbina əlavə edib ki, ağız boşluğunun kifayət qədər gigiyenasına diqqət yetirməyənlər daha bir təhlükəli nəticə ilə qarşılaşa bilərlər — parodontit xəstəliyi, bu da sümük toxumasının zədələnməsinə və dişlərin itirilməsinə səbəb ola bilər. Həkim tövsiyə edir ki, dişləri gündə iki dəfə, mümkün olduqda yeməkdən sonra fırçalamaq lazımdır.
Aytəkin TOFİQQIZI