AZ

“Lockheed Martin” Estoniyada “HIMARS” servis mərkəzi tikəcək

Bakı. Trend:

ABŞ-nin müdafiə sənayesi nəhəngi “Lockheed Martin” Estoniyada“HIMARS” mobil raket sistemləri üçün texniki xidmət mərkəzi inşaedəcək.

Trend ERR-əistinadən xəbər verir ki, bu barədə razılaşma VaşinqtondaEstoniyanın müdafiə naziri Hanno Pevkur ilə şirkətinvitse-prezidenti Paula C. Hartli arasında keçirilən görüş zamanıəldə olunub.

Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, yaradılacaqkompleks Baltikyanı ölkələr üçün “HIMARS” sistemlərinə xidmətgöstərərək regionun mühüm infrastruktur obyektlərindən birinəçevriləcək.

Layihənin təxminən iki il ərzində həyata keçiriləcəyigözlənilir. İlkin investisiyaların həcmi isə təxminən 10 milyonavro olaraq qiymətləndirilir.

Görüş çərçivəsində tərəflər, həmçinin gələcəkdə “LockheedMartin” şirkətinin Estoniyadakı fəaliyyətinin genişləndirilməsiimkanlarını da müzakirə ediblər.

Qeyd edək ki, şirkət “HIMARS” sistemləri ilə yanaşı, beşincinəsil “F-35” qırıcıları, “Patriot” hava hücumundan müdafiəsistemləri və “Black Hawk” helikopterlərinin istehsalı ilətanınır.

Seçilən
166
az.trend.az

1Mənbələr