AZ

Fransada qəribə seçki: “Hitler”lə “Zelenski” üz-üzə

Fransanın kiçik Arsi-syur-Ob şəhərində keçirilən bələdiyyə seçkiləri gözlənilməz səbəbdən geniş rezonans doğurub.

Musavat.com xəbər verir ki, seçkilərdə üz-üzə gələn namizədlərin soyadları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Belə ki, seçkilərdə mübarizə aparan Şarl Gittler və Antuan Reno-Zelenski soyadlarına görə diqqət çəkiblər. Bu adlar ictimaiyyətdə tarixi və siyasi fiqurlarla assosiasiya yaradaraq viral effekt doğurub.

Şarl Gittler bildirib ki, o, soyadına görə illərdir müxtəlif zarafat və reaksiyalarla qarşılaşır. Onun sözlərinə görə, bu soyadı saxlamaqda məqsədi fərqli mesaj verməkdir: “Əgər mən bu soyadı saxlamışamsa, bu, göstərmək üçündür ki, belə soyadı olan hər kəs pis deyil. Hər şey ondan asılıdır ki, sən onu necə daşıyırsan”.

 

Musavat.com

Seçilən
87
musavat.com

1Mənbələr