AZ

Trampdan “Cənub Pars” zərbəsinə reaksiya

ABŞ Prezidenti Donald Tramp İsrailin İranın “Cənub Pars” qaz yatağına endirdiyi zərbəni Hörmüz boğazı ətrafında yaranmış gərginlik fonunda xəbərdarlıq kimi qiymətləndirib.

Musavat.com xəbər verir ki, ABŞ rəsmilərinin The Wall Street Journal nəşrinə verdiyi məlumata görə, Tramp artıq İranın enerji obyektlərinə qarşı hücumların davam etdirilməsinə qarşı çıxır.

Məlumata əsasən, Tramp hesab edir ki, enerji infrastrukturuna zərbələrin genişlənməsi regionda nəzarətdən çıxan eskalasiyaya səbəb ola bilər və bu, qlobal bazarlara ciddi zərbə vura bilər. Bu səbəbdən o, yalnız İran tərəfindən vəziyyətin daha da gərginləşdiriləcəyi halda belə hücumların davam etdirilməsini mümkün sayır.

Vaşinqtondakı mənbələr bildirir ki, ABŞ daxilində bu məsələ ilə bağlı fikir ayrılıqları dərinləşir. Bir tərəf təzyiqlərin artırılmasını istəyir, digər tərəf isə enerji obyektlərinin hədəfə alınmasının strateji və iqtisadi risklərini ön plana çəkir.

 

Musavat.com

Seçilən
118
musavat.com

1Mənbələr