AZ

Almaniya Hörmüz əməliyyatına niyə qoşulmadı? Merz

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu əməliyyatın necə uğur qazanacağına dair bu günə qədər heç bir inandırıcı konsepsiya mövcud deyil. Vaşinqton bu məsələdə bizimlə məsləhətləşməyib və Avropanın yardımını zəruri hesab etməyib.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz Bundestaqdakı çıxışında ölkəsinin Hörmüz boğazındakı təhlükəsizliyin təmin olunmasında yer almamasının əsaslarını izah edərkən deyib.

“Biz bu yolun hazırda seçildiyi şəkildə davam etdirilməsini tövsiyə etməzdik. Buna görə də bəyan etmişik ki, müharibə davam etdiyi müddətdə biz bu prosesdə iştirak etməyəcəyik. Məsələn, Hörmüz boğazında hərbi vasitələrlə sərbəst gəmiçiliyin təmin olunmasında yer almayacağıq. Bunun üçün indiyədək nə aydın plan var, nə də BMT, Avropa Birliyi və ya NATO tərəfindən verilmiş mandat mövcuddur”, - F.Merz vurğulayıb.

Qeyd edək ki, daha öncə Merz İran müharibəsinin bir hissəsi olmaq istəmədiklərini bəyan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
2
axar.az

3Mənbələr