Rusiyalı aktrisa İrina Qorbaçova Ukraynanın “Mirotvorets” bazasına salınıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyalı aktrisa İrina Qorbaçovanın adı Ukraynanın ekstremist yönümlü “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Saytın adminstratorları tərəfindən aktrisaya qarşı bir sıra ittihamlar irəli sürülüb.
O, xüsusilə “Rusiya təbliğatı aparmaqda” və “Ukraynanın suverenliyi ilə ərazi bütövlüyünə qəsd etməkdə” günahlandırılır.
Aktrisanın bazaya salınmasına səbəb kimi həmçinin onun “Vacib mövzular haqqında söhbətlər” layihəsi üçün hazırlanan videoçarxlarda iştirak etməsi göstərilib.
Xuraman Etibarlı
İnterpress.az