ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaponiyada təmizlik mədəniyyəti gündəlik həyatın ayrılmaz hissəsi hesab olunur. Son dövrlərdə diqqət çəkən vərdişlərdən biri gecə saatlarında çanağa duz tökülməsidir. Bəs bu tətbiqin arxasında hansı səbəblər dayanır?
Milli.Az xəbər verir ki, Yaponiyada ev təmizliyində çox vaxt baha başa gələn kimyəvi maddələr əvəzinə sadə və təbii üsullara üstünlük verilir. Duz yüngül aşındırıcı maddə olduğu üçün borularda yığılan yağ, sabun qalıqları və çirklərin yumşalmasına kömək edir. Xüsusilə mətbəx çanağında toplanan yağ təbəqəsi zamanla tıxanmalara yol açır; duz töküb üzərinə isti su əlavə etdikdə isə bu qalıqlar daha asan həll olunur.
Çanaq borularında yığılan üzvi tullantılar zamanla bakteriyaların çoxalmasına və xoşagəlməz qoxulara səbəb olur. Duzun antibakterial təsiri bu mikroorqanizmlərin artmasını məhdudlaşdıraraq qoxu yaranma riskini azaldır. Bu səbəbdən bir çox yapon ailəsi həftədə bir neçə dəfə bu üsuldan istifadə edir.
Bu prosesin adətən gecə yerinə yetirilməsinin səbəbi duzun borularda daha uzun müddət qalmasıdır. Gecə boyunca çanaqdan istifadə edilmədiyi üçün duz boruların daxilində saatlarla öz təsirini göstərir. Səhər isti su ilə yaxalandıqda isə yığılmış qalıqlar tamamilə təmizlənir.
Gecə yatmazdan əvvəl mətbəx çanağına 1-2 xörək qaşığı duz tökün. Üzərinə çox az miqdarda su tökün ki, duz borunun içində qalsın.Lalə Qüdrətova
Milli.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.