AZ

Hacıqabul rayonunda ilk dəfə Quşçuluq Festivalı keçirilib FOTOLAR

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Hacıqabul rayonunda birinci Quşçuluq Festivalı keçirilib. Festival Hacıqabul Rayon İcra Hakimiyyəti, Hacıqabul Quşçuluq Şirkəti və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.Festivalda Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat kollektivləri, həmçinin rayon ictimaiyyəti iştirak etmişdir.Festivalın açılış mərasimində çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qonaqları və rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq, onları bayram münasibətilə təbrik edib.Rayon rəhbəri öz çıxışında gündən-günə inkişaf edən ölkəmizə firavan həyat arzulayaraq, Novruz bayramının önəmi, insanları qarşılıqlı ünsiyyətə çağırması, səmimiyyəti gücləndirməsi və yüksək əxlaqi keyfiyyətlər formalaşdırması barədə danışıb.Bundan sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə müstəqil Azərbaycanda aparılan aqrar islahatlar barədə videoçarx təqdim olunub.Sonra çıxış edən Milli Məclisin vitse-spikeri Rafael Hüseynov ilk dəfə keçirilən Quşçuluq Festivalının əhəmiyyətinə toxunub bildirdi ki, Hacıqabul rayonunda fəaliyyət göstərən "Hacıqabul Quşçuluq Şirkəti" bu il 50 illik yubileyini qeyd edir. Hazırda fabrik tam gücü ilə öz fəaliyyətini davam etdirir. Yumurta istehsalı sahəsində Hacıqabul rayonu ölkə üzrə ən qabaqcıl yeri tutur.Daha sonra millət vəkilləri Tahir Rzayev, Razı Nurullayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli birinci Quşçuluq festivalının keçirilməsinin əhəmiyyətindən danışaraq rayon sakinlərini təbrik ediblər.Festival çərçivəsində həmçinin Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyətində uzun müddət çalışan əməkdaşlar təltif ediliblər.Daha sonra xalqımızın qədim adət-ənənələrini əks etdirən eksponatlar nümayiş etdirilib, ziyarətçilərə milli dəyərlərimizin zənginliyi təqdim olunub.Bayram şənliyi Dədə Qorqud, Keçəl, Kosa və Bahar qızının meydana daxil olması ilə daha da rəngarəng və şən ovqat alıb. Tədbirdə rayon məktəblilərinin hazırladığı konsert proqramı, milli rəqslər və musiqi nömrələri təqdim edilib, tanınmış estrada müğənniləri çıxış ediblər.Festival çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər.

Hacıqabul rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarəngliyi ilə yadda qalıb. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.Festivalın sonunda atəşfəşanlıq təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
demokrat.az

1Mənbələr