AZ

Azərbaycan Cüdo Federasiyası tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edilib

Apasport saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən daha 25 klub və idman təşkilatına beş il müddətinə lisenziya təqdim edilib.

Apasport.az xəbər verir ki, sözügedən qurumlar tələb olunan sənədləri müəyyən olunmuş qaydalara uyğun şəkildə təqdim edib və müvafiq meyarlar əsasında seçimdən keçiblər.

Təqdimat mərasimində ACF-in idman direktoru və baş katibin müavini Kamran Talıbov lisenziyalaşdırma prosesinin mahiyyəti və əhəmiyyəti, eləcə də klub və idman təşkilatlarının üzərinə düşən öhdəliklər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, bundan əvvəl ACF tərəfindən 202 klub və idman təşkilatına lisenziya təqdim olunub.

"İstedadların seçimi" yarışının II turu başa çatıb

Xüsusi Olimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Polşaya 19 cüdoçu ilə yollanırıq

Cüdo üzrə yeniyetmələr arasında "İstedadların seçimi" yarışının II turu keçiriləcək

Cüdoçularımız Linz Qran-Prisini 4 medalla başa vurub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
1
apasport.az

7Mənbələr