AZ

Moskvada biznes mərkəzində yanğın: ikinci yanğın qatarı cəlb olundu » AzadMedia.az


Moskva şəhərinin cənub-şərqində yerləşən “Turas” biznes mərkəzində baş verən yanğının söndürülməsi üçün ikinci yanğın qatarı cəlb edilib. Bu barədə əməliyyat xidmətləri məlumat verib.
“Yanğının söndürülməsi davam edir. Hadisə yerinə ikinci yanğın qatarı tələb olunub”, — deyə mənbə bildirib.
Bundan bir neçə saat əvvəl məlum olub ki, hadisə nəticəsində iki nəfər tibbi yardım üçün müraciət edib.
Martın 18-də 1-ci Qrayvoronovski keçidində yerləşən “Turas” biznes mərkəzində, birinci mərtəbədəki anbarda yanğın başlayıb. Alov daha sonra yuxarı mərtəbələrə yayılıb. Yanğına beşballıq sistem üzrə üçüncü dərəcə mürəkkəblik verilib.
Bundan əvvəl, yanvarın 26-da Odintsovo şəhərində yerləşən “O'Depo” ticarət mərkəzində partlayış baş vermişdi. İlkin məlumata görə, fast-food restoranında olan bir şəxsin elektron cihazı partlamışdı. Daha sonra isə həmin şəxsin gödəkçəsində olan iPhone telefonunun partladığı açıqlanıb.
Seçilən
33
1
azadmedia.az

2Mənbələr