AZ

Siyasi paylaşımlarına görə İran millisindən kənarlaşdırıldı

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi İran milli komandasında gözlənilməz qərar qəbul edilib. Belə ki, yığmanın və BƏƏ-nin "Şabab Əl-Əhli" klubunun ulduz hücumçusu Sərdar Əzmun millidən kənarlaşdırılıb.

Azreform.info xəbər verir ki, tanınmış futbolçunun milli komandadakı yerini itirməsinə səbəb Yaxın Şərqdə hökm sürən gərgin geosiyasi vəziyyət fonunda sosial şəbəkələrdə etdiyi paylaşımlar olub.

Məlumata görə, hücumçunun sözügedən paylaşımları BƏƏ lideri Məhəmməd bin Zayed Al Nəhyana dəstək nümayişi kimi qiymətləndirilib. Bununla yanaşı, futbolçu Fars körfəzi ölkələrinə edilən hücumlara görə İranı qınamaqda da ittiham olunub.

Xatırladaq ki, bir müddət əvvəl Meksikanın dünya çempionatı çərçivəsində İran milli komandasının oyunlarına ev sahibliyi etməyə hazır olduğu barədə xəbərlər yayılmışdı. Bu barədə ölkənin dövlət başçısı Klaudiya Şeynbaum gündəlik mətbuat konfransı zamanı məlumat vermişdi.

Qeyd edək ki, dünya futbol ictimaiyyəti 11 iyun - 19 iyul 2026-cı il tarixlərində keçiriləcək nüfuzlu turnir üçün Şimali Amerikanın üç ölkəsində - ABŞ, Kanada və Meksikada bir araya gələcək.(oxu.az)

Seçilən
55
2
azreform.info

3Mənbələr