Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Xanoba kəndinə gediblər.
Manset.az xəbər verir ki, sakinlərlə görüş zamanı maraqlı dialoq yaşanıb.
Sakin: Biz Füzuli rayonunun Yuxarı Veysəlli kəndində.
Prezident İlham Əliyev: Yuxarı Veysəlli?
Sakin: Bəli.
Prezident İlham Əliyev: Hə, təmas xəttinə yaxın.
Sakin: Cənab Prezident, yalın o biri üzündədir.
Prezident İlham Əliyev: Aşağı Veysəlli o, anklav idi.
Sakin: Bəli, neytral zona idi. Biz Aşağı Veysəllidən gəlib baxırdıq buralara, həsrətlə baxırdıq. Mənim buradan çıxanda yeddi yaşım var idi. Deyirdim ki, görəsən, biz bu dağlara qayıda biləcəyik? Sizin sayənizdə, şəhidlərimizin sayəsində gəldik, bu gün buradayıq.
Şəkil çəkdirilir.
Prezident İlham Əliyev: Mehriban, sən də gəl, bizimlə şəkil çəkdir. Gəlin, gəlin.