AZ

Müctəba Xamenei Laricaninin qətlinin qisasının alınacağına söz verib

İranın ali rəhbəri ayətullah Müctəba Xamenei İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsinin qisasının alınacağına söz verib .

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

"Ali Milli Təhlükəsizlik Şurasının katibi və ali liderin bu şuradakı nümayəndəsi Əli Laricaninin ölümünə dərindən kədərlənirəm. O, ağıllı, öz işinə sadiq insan idi. Belə bir şəxsiyyətin qətlə yetirilməsi, şübhəsiz ki, onun əhəmiyyətinin miqyasından və rəqiblərinin ona olan nifrətindən xəbər verir. Hər qanın öz bədəli var ki, şəhidlərin qatilləri tezliklə onu ödəməli olacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, dünən İsrailin müdafiə naziri İsrael Kats Əli Laricaninin İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürüldüyünü bildirib.

Seçilən
7
2
qaziler.az

10Mənbələr