AZ

Polislər intihar etmək istəyən şəxsi hiylə ilə XİLAS ETDİLƏR – VİDEO

Rusiyada polislər intihar etmək istəyən şəxsi hiylə ilə xilas ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Zelenoqradda binanın 8-ci mərtəbəsinin pəncərəsindən özünü atmaq istəyən şəxs polislərin çevikliyi sayəsində xilas edilib.

Ümidini itirmiş kişi pəncərədən tullanmaq niyyətində olub və asayiş keşikçilərinin dil tökmələrinə, razı salmaq cəhdlərinə heç bir reaksiya verməyib.

Vəziyyətin kritik olduğunu görən polis əməkdaşları maraqlı bir üsula əl atıblar. Onlardan biri siqaret yandıraraq intihar etmək istəyən şəxsə yaxınlaşıb və ona da bir siqaret təklif edib.

Kişi təkliflə razılaşıb polisə yaxınlaşdığı an, asayiş keşikçisi cəld tərpənərək onu pəncərə boşluğundan içəri çəkib. Beləliklə, polisin bu “siqaret hiyləsi” bir insanın həyatını xilas edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
58
interpress.az

1Mənbələr