AZ

Makron Fransanın yeni təyyarədaşıyan gəmisinin adını açıqlayıb

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

2038-ci ildə Fransa Hərbi Dəniz Qüvvələrində öz tipində yeganə gəmi olan “Şarl de Qoll” gəmisini əvəz edəcək nüvə enerjisi ilə işləyən yeni təyyarədaşıyan gəmi “France Libre” adlandırılacaq.

APA xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Naval Group” gəmiqayırma zavoduna səfəri zamanı açıqlayıb.

"Yeganə istəyimiz azad qalmaqdır ki, bu da nəyin bahasına olursa olsun müstəqillik, tam və məhdudiyyətsiz fəaliyyət muxtariyyəti və qüvvələrimizin Fransanın maraqlarının müdafiəsinin tələb etdiyi hər yerdə, dünyanın istənilən yerində yerləşdirilməsi istəyidir. Buna görə də yeni təyyarədaşıyan gəmimiz "Azad Fransa" adlandırılacaq", - Makron deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
1
apa.az

2Mənbələr