Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasındadostluğun inkişafı üçün çox iş görüb.
Trend-inməlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar VuçiçAzərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas– Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətliavtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiyamüqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşımedib.
Serbiya Prezidenti sənədin imzalanma mərasimində iştirakedib.
“Bu gün ‘Azvirt’ şirkəti ilə bağlanan müqavilə ‘Serbiya2030–2035’ planımızın əsas bəndlərindən biridir. SerbiyaRespublikası maliyyələşməni təmin edəcək və biz ilk hissəni iki ilərzində başa çatdırmaq barədə razılığa gəldik. Bu layihə Serbiyanınşimal hissəsində yaşayan vətəndaşlar üçün böyük əhəmiyyət kəsbedir”, – deyə o qeyd edib.
Vuçiç bildirib ki, sürətli avtomagistralın tikintisi SomboruBelqrada daha da yaxınlaşdıracaq, investorları cəlb edəcək və yüknəqliyyatını şəhər mərkəzlərindən kənarlaşdıracaq.
“Bu, vətəndaşlar üçün daha təmiz hava və mövcud yolinfrastrukturuna düşən yükün azalması deməkdir. Biz şəhərləri vəinsanları birləşdirəcək, daha böyük hərəkətlilik və məşğulluq üçündaha yaxşı şərait təmin edəcəyik. Azərbaycanlı tərəfdaşlarımızatəşəkkür edir və dostum, qardaşım Prezident İlham Əliyevə ən səmimisalamlarımı çatdırmağı xahiş edirəm. O, ölkələrimiz arasındadostluq və tərəfdaşlığın inkişafı üçün çox iş görüb. MənAzərbaycana səfərimi, həmçinin “Air Serbia”nın Bakıya ilk reysininaçılmasını gözləyirəm ki, bu da Serbiya ilə Azərbaycan arasındaəməkdaşlığın daha da möhkəmlənməsinə və xalqlarımız arasındaəlaqələrin güclənməsinə töhfə verəcək.
Bu gün bunu başa çatdırmağa nail olduğumuza görə şadam. Hər kəsətəşəkkür edir və Serbiyanın şimal bölgəsinin vətəndaşlarını təbrikedirəm — bu, onlar üçün yeni başlanğıc və daha yaxşı həyatdeməkdir. Əminəm ki, vətəndaşlar razı qalacaqlar və bu, Serbiyanıngələcəyə doğru irəlilədiyi düzgün yoldur”, – deyə SerbiyaPrezidenti əlavə edib.