AZ

16 yaşlı qapıçının debütü təxirə salındı

style='margin-bottom:10px;'>

"Bavariya"nın heyətində qapıçı böhranı aradan qalxıb.

QOL.az xəbər verir ki, "Kicker" nəşrinin yaydığı məlumata görə, Çempionlar Liqasındakı mühüm matçdan öncə komandanın start heyəti bəlli olub. Beləliklə, kəllə-beyin travmasından alan Yonas Urbiq zədəsini sağaldıb və "Atalanta" ilə oyunda komandasına kömək edə biləcək.

Xatırladaq ki, ötən həftəsonu Sven Ulrayxın zədələnməsindən sonra Münhen təmsilçisinin düşərgəsində 4 qapıçının eyni anda sıradan çıxması ciddi narahatlıq yaratmışdı. Hətta 16 yaşlı Leonard Preskotun bu axşam debüt edə biləcəyi gözlənilsə də, Urbiqin qayıdışı ilə gənc oyunçunun debütü təxirə düşüb.

Qeyd edək ki, bu axşam keçiriləcək "Bavariya" - "Atalanta" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Seçilən
47
teleqraf.com

1Mənbələr