AZ

Sumqayıtda möhtəşəm bayram tədbiri keçirildi

Xalqımızın zəngin milli-mənəvi dəyərlərini, bolluq və bərəkəti, xeyirxahlıq və birlik ənənələrini özündə ehtiva edən Novruz bayramı Sumqayıt şəhərində bu il də böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd olunub.

Baharın gəlişi münasibətilə Sumqayıt Bulvarı ərazisində ümumşəhər bayram tədbiri təşkil edilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və minlərlə sakin iştirak edib.

Tədbir çərçivəsində şəhər rəhbəri Zakir Fərəcov sakinləri Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, bayram tonqalını alovlandırıb. O, çıxışında Novruzun xalqımızın qədim tarixi köklərə malik milli bayramı olduğunu vurğulayaraq, bu əziz günlərin ölkəmizə sülh, əmin-amanlıq, firavanlıq və yeni uğurlar gətirməsini arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər əldə edib, ərazi bütövlüyümüz bərpa olunub və bu gün Novruz bayramı işğaldan azad edilmiş torpaqlarımızda da böyük qürur hissi ilə qeyd edilir. Bayram proqramı zəngin və rəngarəngliyi ilə seçilib.

Seçilən
36
6
publika.az

10Mənbələr