
ABŞ-ın Ohayo ştatı üzərində təxminən yeddi ton ağırlığında meteor atmosferə daxil olaraq parçalanıb. Hadisə nəticəsində güclü səs-küy yaranıb və bir çox sakin bunu partlayış kimi qəbul edib. Məlumatı Associated Press yayıb.
Bildirilir ki, kosmik obyekt ilk dəfə Eri gölü üzərində, təxminən 80 kilometr yüksəklikdə müşahidə olunub. Diametri təxminən 1,8 metr olan meteor atmosferin yuxarı qatlarında 55 kilometr məsafə qət etdikdən sonra Ohayonun şimal hissəsində dağılaraq yoxa çıxıb.
Parlaq alov topu bir neçə ştatda – Viskonsin-dən Merilend-ə qədər geniş ərazidə müşahidə edilib.
Amerika Meteor Cəmiyyəti-nin məlumatına görə, meteor səhər saat 9 radələrində səmada görünərək adi gözlə izlənilə bilib ki, bu da nadir hallarda baş verir.
Mütəxəssislərin hesablamalarına əsasən, meteorun parçalanması zamanı təxminən 250 ton trotilə bərabər enerji ayrılıb. Hadisə zamanı güclü gurultu eşidilib, bəzi ərazilərdə isə vibrasiya hiss olunub.
ABŞ Milli Meteoroloji Xidməti hadisə nəticəsində yaranan zərbə dalğasını qeydə aldığını təsdiqləyib. Hələlik meteorit qalıqlarının tapılması barədə məlumat verilməsə də, kiçik fraqmentlərin yer səthinə çatmış ola biləcəyi istisna edilmir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta