İran Prezidenti Məsud Pezeşkian İranın kəşfiyyat naziri İsmayıl Xətibin öldürüldüyünü təsdiqləyib.
Sitat.info xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
“Hörmətli həmkarlarım İsmail Xətib, Əli Laricani və Əziz Nəsirzadənin bəzi ailə üzvləri və onu müşayiət edən komanda ilə birlikdə qətlə yetirilməsi ürəyimizi parçaladı.
Onların ölümü ilə bağlı İran xalqına başsağlığı verirəm. Əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm davam edəcək”, - paylaşımda qeyd edilib.