AZ

Oskar almasını burger yeyərək qeyd etdi VİDEO

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

98-ci Oskar mükafatlandırma mərasimində " Sinners" filmindəki roluna görə "Ən Yaxşı Aktyor" mükafatını qazanan Maykl Bakari Cordan qalibiyyətini fəstfud restoranında qeyd edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, mərasimdən sonra Los-Ancelesdəki bir burger restoranına gedib və pərəstişkarları və işçi heyətlə görüşüb. 

Aktyorun əlində "Oskar" heykəlciyi ilə sifariş verdiyi anlar sosial şəbəkələrdə qısa zamanda vira olub.

Restoran işçiləri ilə söhbət edərkən və pərəstişkarları ilə şəkil çəkdirərkən məşhur aktyorun mükafatını kassaya qoyması diqqətlərdən qaçmayıb.

“Oskar” gecəsi adətən dəbdəbəli məclislərlə qeyd olunsa da, Maykl B. Cordanın burger restoranına getməsi “ən səmimi qonaqlıq" kimi şərh edilib.

Aktyorun səmimi davranışı sosial şəbəkə istifadəçilərinin rəğbətini qazanıb.

Billurə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
1
olke.az

2Mənbələr