AZ

Beyniniz əslində neçə yaşındadır?

Alimlərin araşdırmalarına görə, insanın beyin yaşı hər zaman onun faktiki (təqvim) yaşı ilə üst-üstə düşmür.


Pravda.az bildirir ki, bəzi insanlar 80 yaşında olsa belə, beyin funksiyaları gənc insanlarla eyni səviyyədə qala bilir.


“SuperAger” adlandırılan şəxslər yaşlı olsalar da, yaddaş və düşünmə qabiliyyətini çox yaxşı qoruyurlar. Bunun əksinə, bəzi insanlarda isə beyin yaşdan daha tez qocala bilir.


Beynin “gənc” olub-olmadığını müəyyən edən əsas göstəricilərdən biri yaddaşdır. Yaş artdıqca adları, hadisələri və ya yeni məlumatları xatırlamaq çətinləşir. Bunun səbəbi beyin hüceyrələrinin spesifik funksiyalarının zəifləməsidir.


Araşdırmalar göstərir ki, beyin yaşına ən çox təsir edən amil genetika deyil, həyat tərzidir. Davamlı olaraq yeni biliklər öyrənmək və zehni aktiv saxlamaq beyni daha gənc saxlayan əsas faktor hesab olunur.


Mütəxəssislər beyin yaşını təxmin etmək üçün sadə bir üsul da təklif edir. “BRAIN” metodu ilə insan özünü qiymətləndirə bilər:


balans və koordinasiya

yaddaş

gündəlik işləri idarə etmə

hərəkət sürəti

özünü hiss etdiyi yaş


Qeyd olunur ki, bu üsul dəqiq tibbi diaqnoz əvəzi olmasa da, beyin sağlamlığı haqqında ümumi təsəvvür yarada bilər.


Əminə Bayramova 

Tarix: 18 Mart 2026, 18:00   
Seçilən
15
pravda.az

1Mənbələr