TƏBİB-in İcraçı direktorunun müşaviri Elşad Məmmədli işdən çıxarılıb.
Vətəninfo.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq Əmr imzalanıb.
Qeyd edilib ki, öz ərizəsi ilə işdən çıxarılan E.Məmmədli V.Bayramovun ən yaxın adamlarından idi. E.Məmmədli 2024-cü ilin fevralında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun Əmri ilə müşavir təyin olunmuşdu.
Xatırladaq ki, V.Qurbanov ötən ay TƏBİB-dəki vəzifəsindən azad olunub.