AZ

Kristallar, kvazikristallar və fonsuz naxışlar elmi seminar

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Dövlət Mükafatı laureatı, fizika elmləri doktoru, professor İmaməddin Əmiraslanov “Kristallar, kvazikristallar və fonsuz naxışlar” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan və qonşu ölkələrin tətbiqi xalq sənətlərinin əsas istiqamətlərindən biri olan həndəsi ornamentlərin təsnifatı, onların kristal quruluşlarının proyeksiyaları ilə oxşarlıqları, tarixi kökləri və coğrafi yayılma məkanları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, bu ornamentlərin müasir dövrdə istifadəsi, fonsuzluq prinsipi və tessellation sənətinin xüsusiyyətləri barədə fikirlər səsləndirilib, tarixi nümunələr əsasında din və sənət arasındakı qarşılıqlı əlaqə müzakirə olunub.

Tədbirdə müəllifin hazırladığı tessellation nümunələri nümayiş etdirilib.

Professor İmaməddin Əmiraslanov “Tessellation” üslubunda qrafika sənəti, habelə xalq tətbiqi sənətinin simmetriya qanunları əsasında elmi təhlili ilə məşğul olur. Onun tədqiqatları beynəlxalq səviyyədə tanınan iki kitab və çoxsaylı elmi məqalələrində öz əksini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
azertag.az

1Mənbələr