AZ

Bayram günlərində internet xidmətləri gücləndiriləcək

Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operator və provayderlərinə Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində xidmət keyfiyyətinin qorunması və davamlılığının təmin edilməsi ilə bağlı tövsiyələr ünvanlanıb.

Aznews.az xəbər verir ki, Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Eyni zamanda operator və provayderlərə şəbəkələrdə planlı dəyişiklik, modernizasiya və quraşdırma işlərinin (qəza halları istisna olmaqla) bayram günlərinə qədər yekunlaşdırılması tövsiyə edilib. Bayram günlərində yarana biləcək nasazlıqların qısa müddətdə aradan qaldırılması üçün isə zəruri texniki və təşkilati hazırlığın təmin olunmasının vacibliyi vurğulanıb.

Agentlik, həmçinin xidmətin dayanıqlığında yarana biləcək fasilələr barədə istifadəçilərin operativ və şəffaf şəkildə məlumatlandırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

Seçilən
36
8
aznews.az

9Mənbələr