AZ

MPL:"Araz-Naxçıvan" Şamaxıdan 3 xalla döndü

Bu gün Misli Premyer Liqasında XXIV tur start götürüb.

Fanat.Az xəbər verir ki, turun açılış günündə bir matç baş tutub.

Günün yeganə qarşılaşmasında "Şamaxı" ilə "Araz-Naxçıvan" üz-üzə gəlib. Görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin müdafiəçisi Vladislav Veremeyev ikinci hissənin əvvəlində qapıların yerini səhv salıb.

Beləliklə, "Araz-Naxçıvan" ardıcıl ikinci qələbəsini qazanaraq xallarını 39-a çatdırıb.  

Turun qalan oyunları 19-21-i aralığında keçiriləcək.

Misli Premyer Liqası
XXV tur
18 mart 

"Şamaxı" – "Araz-Naxçıvan" 0:1 
Qol: 
Vladislav Veremeyev, 56-öz qapısına.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov.
VAR: Fərid Hacıyev, Rəhman İmami.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şamaxı şəhər stadionu.

“Şamaxı”: 1. Rikardo Fernandes (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 10. Andrey Tirkoveanu, 88. Rodriqo Fernandeş, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.
Baş məşqçi: Ayxan Abbasov.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə (k), 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 77. Bruno Franko, 70. Şarl Boli, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Seçilən
37
fanat.az

1Mənbələr